Məşhur həkim həyəcan təbili çaldı: “Kimsə deyə bilməz ki, Azərbaycanda..."

1-06-2022, 11:34           
Məşhur həkim həyəcan təbili çaldı: “Kimsə deyə bilməz ki, Azərbaycanda..."
Son günlər ölkəmizdə suçiçəyi xəstəliyinə yoluxanlar çoxalıb. Bu barədə sosial şəbəkələrdə də tez-tez məlumat yayılır.

Lakin çoxları bunun suçiçəyi yox, meymunçiçəyi olduğunu iddia edir. Lakin ölkəmizdə bunun dəqiqləşdirilməsi üçün test avadanlıqları olmadığından məsələ qaranlıq olaraq qalır.

Teref.az yazır ki, cebhe.info-ya açıqlamasında radioloq Aydın Əliyev deyib ki, heç kim ölkəmizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz:

"Müşahidələrim onu göstərir ki, son dövrlərdə ölkəmizdə suçiçəyi virusu geniş yayılıb. Suçiçəyinə qarşı olan peyvənd bizim ölkədə təəssüflər olsun ki, dövlətin peyvənd proqramına daxil edilməyib. Yəni dövlət tərəfindən suçiçəyinə qarşı peyvənd edilmir. Ona görə də hazırda bu xəstəlik geniş yayılıb. Heç kim bizdə meymunçiçəyi virusunun olduğunu inkar edə bilməz. Yalnız müvafiq səpkilərdən genetik PCR analizi götürülməlidir ki, bilinsin, bu suçiçəyidir, yoxsa yox. Yalnız səpkilərə, şikayətə görə demək olmaz ki, bu, dəqiq suçəçiyi, ya meymunçiçəyidir. Ən azından suçiçəyinə qarşı ölkədə kütləvi peyvəndlənmə aparılmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru