Benzin məhdudiyyətlə satılır - AÇIQLAMA

1-06-2022, 18:35           
Benzin məhdudiyyətlə satılır - AÇIQLAMA
Paytaxt Bakıdakı yanacaqdoldurma məntəqələrində yanacağa məhdudiyyət tətbiq olunmasına dair müxtəlif iddialar səslənib. Bəzi şəxslərin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində sürücülərə yanacaq satılmır və növbələr var. Yutuber Elnur Rəhimoğlu da bu barədə öz feysbuk hesabında paylaşım edib.“Deylənlərə inansaq şəhərdə bəzi yanacaqdoldurma məntəqələrində yanacaq yoxdur. Nə məsələdir, bilən var, qalxırıq yenə ?”- deyə o, bildirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban iddialara münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün özü yanacaq alıb:

“Bu gün tədbirdən gələrkən aeroport yolunda SOKAR yanacaqdoldurma məntəqəsinə daxil oldum. 40 litr benzin vurdum. Heç kəs də məhdudiyyətə aid bir şey söyləmədi. Özüm buna dair heç nə sezmədim. Hər şey qaydasında idi. Dünəndən mənə bu mövzu ilə bağlı zəng edirlər. Mən isə dedim ki, bu iddiaları səsləndirənlərin adını verin. Heç kəs mənə belə informasiya verə bilmədi. Havadan götürülmüş informasiyaları isə şərh etməyin mənası yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru