Tofiq Zülfüqarovdan müəmmalı cavab: “Müxtəlif ölkələrdə diplomatik praktika...”

1-06-2022, 18:41           
Tofiq Zülfüqarovdan müəmmalı cavab:
28 May - Respublika Günü geridə qalmasına baxmayaraq, hələ də təbrik məktubları gəlməyə davam edir.

Belə ki, Fransa Prezidenti Emmanuel Makron və İran lideri İbrahim Rəisi bayramdan 3 gün sonra Azərbaycan Prezidentinə təbrik mesajı göndərib.

Cəmiyyət tərəfindən ölkəmizə qarşı çox da müsbət münasibətlər bəsləməyən İran və Fransanın bizi gec təbrik etməsində belə bir mesaj olduğu iddia olundu.

Çünki bizə dost və yaxın olan dövlətlər bayramdan öncə təbrik məktublarını göndəriblər. Belə olan halda isə sual yaranır:

Maraqlıdır, dövlətlər arasındakı təbriketmə proseduru necə olur?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, diplomatik praktikadan asılıdır:

“Yəni müxtəlif ölkələrdə diplomatik praktika fərqli olur. Bu baxımdan, təbrik məktubunun hansısa siyasi məna verdiyini düşünmək bəlkə də, o qədər düzgün deyil. Hər bir ölkənin protokol xidmətinin tətbiq etdiyi üsul olur. Protokol qaydaları da müxtəlif olur və dövlətdən-dövlətə fərqlənir. Hesab edirəm ki, burada hər hansısa bir məna axtarmaq düzgün deyil. Başqa məsələlərdə siyasi xəttin xüsusiyyətlərini qeyd etmək olar. Amma bu təbrik məktubu üçün protokol praktikasını əsas götürməyimiz çox nisbi və subyektiv baxış olar. Təbrik məktubunu 3 gün sonra göndərməkdə siyasi təsir tapmaq üçün fantaziya lazımdır”.

Elmir
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru