Dostu Ukraynaya təcavüzün 100-cü günündə Putinin nə hiss etməsindən danışdı...
3-06-2022, 10:35
"Heç nə dəyişməyib. Ona görə də bilirsiniz, o, aldadıldığı üçün sevinir...”
Rusiyalı iş adamı, Rusiya Federasiyası Federasiya Şurasının sabiq üzvü Sergey Puqaçov Rusiya prezidenti, keçmiş dostu Vladimir Putini “plastilin siyasətçi" adlandırıb.
Teref.az-ın yazdığına görə, Moderator.az xəbər verir ki, S.Puqaçov bu haqda “GORDON” nəşrinin yaradıcısı Dmitri Qordona müsahibəsində danışıb.
Jurnalist Puqaçovdan müharibənin başlamasından 100 gün sonra Putinin özünü necə hiss etdiyini soruşub.
"Mən deməzdim ki, Putin birbaşa Kiyevin ələ keçirildiyini düşünür. Məncə, o, hər şeyin o qədər də sadə olmadığını başa düşür. Amma şəxsi keyfiyyətlərinə, xarakterinə görə... Bilirsiniz, İqor Seçin [Rosneft neft-qaz şirkətiİdarə Heyətinin sədri-red.) nə demişdi? Seçin, ümumiyyətlə, sitat gətirməyə layiq deyil, amma mənim ondan sitat gətirməyim bir unikal haldır. O, mənə dedi: "Sergey Viktoroviç, təcili bir şey etmək lazımdır! Çünki hamı onun plastilindən olduğunu başa düşsə, işimiz bitmiş olar”, - deyə Puqaçov xatırladıb.
O, bu söhbətin artıq 2000-ci il seçkilərindən sonra olduğunu aydınlaşdırıb.
"Putin artıq prezident idi. Söhbət hər şeyin yaxşı getdiyini göstərmək üçün insanları birtəhər təşkil etməkdən gedirdi" -deyib Puqaçov. "O da var ki, Putini Seçindən yaxşı heç kim tanıya bilməz. Bu plastilin Putin daim dəyişən dünyaya uyğun əyilib-büzülməyi bacarır".
Ona görə də biznesmenin fikrincə, Putinin Ukrayna ilə müharibədən normal çıxış yolu yoxdur.
"Putin açıq-aşkar hərbi cinayətkardır. Bəs o, özünü nə ilə təsəlli edir? Məncə, bir neçə şeylə. Birincisi, ən azı, Ukrayna ordusu hələ Moskvanın yaxınlığında deyil. İkincisi, onun hər şeyin yaxşı olacağını söyləyən çoxlu təsəlli verənləri var... O, uzun müddətdir, 1999-cu ildən bəri televiziya ekranından məhz özünün oraya yayımladığını eşidir. Heç nə dəyişməyib. Ona görə də bilirsiniz, Putin aldadıldığı üçün sevinir”, – Puqaçov inanır.
Sultan Laçın