“Ağasif Şakiroğlunu otağımdan qovmuşam, maştağalı biznesmenlə iş görür” - Qalib Salahzadə

9-06-2022, 17:09           
“Ağasif Şakiroğlunu otağımdan qovmuşam, maştağalı biznesmenlə iş görür” -
“Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyiləm ki, kiminsə “qucağında oturam”. O,bir məmura xidmət edir. O, özü beşinci adamdır, Rəsul Quliyevin “piyada”sıdır. Sən kimsən ki, lotusan, qoçusan, “vorzakon”san belə “razborka”lar edirsən. Rəsul Quliyev bunun qohumudur? Bu mülkün oan aidiyyatı yoxdur axı. Şeyxin adını hallandırır. Şeyxin ayaqqabısını silməyə layiqdir bu şəxs ki, onun adını çəkir? Rəsul Quliyev sənin kimi 50 nəfər adamı işlədib, sonra da necə lazımdır, yola salıb. Teref.az xəbər verir ki, bunu Pravda.az-a Milli Məclisin sabiq deputatı Qalib Salahzadə deyib.

Qalib Salahzadə qeyd edib ki, A.Şakiroğlu narkomana bənzəyir: “Acından ölənin biridir. Sənin hünərin çatar ki, məni məhkəməyə verəsən? Deyirəm ki, sən kiminsə əlaltısısan. Rəsul Quliyevin övladları, qohumları gəlsin, sən kimsən ki cavabdeh olasan, kimə lazımsan? Ailə söhbətini də atır ortaya. Mənim ailəm kimdir camaatın gözünün qabağındadır. Bəs sənin ailən kimdir? Bunun danışmağına bax?! Yenə deyirəm, kişisənsə, polisi çıxar oradan, gəl görüm kim nəyi alar, satar. Ağasif Şakiroğlu özünə oxşayan bir adamı da tutub mənim yanıma gəlmişdi. Onların ikisini də otağımdan qovdum. O, uşaqdır. Maştağalı biznesmenlə iş görür, bilir kimi deyirəm. O biznesmenin də evini yıxır. Həmin biznesmen də Prezident Administrasiyasında hörmətli bir şəxsin “sağ əli”dir. Ad çəkmirəm, nəyimə lazımdır, amma lazım olan vaxt başa salacam ki, bu Ağasif kimdir. İndiki zamanda isə hələki o biznesmenə, onun ağsaqqalına hörmət əlaməti olaraq adını çəkmirəm. Adlarını çəksəm, qalmaqal olar. Əlinizdə sənədlər var, alqı-satqı edin də. Bu oyunları oynayanlar polisi gətirib oturdublar orada. Hansı polis Ağasifin sözü ilə bağda oturar, bağı mühfizə etməyə görə də ayda 6500-8500 manat arasında pul alar? Ağasifin pulu var? Orada nənəmin vərəsələri var. Ağasif lotudur, kimdir bu? Buraxıblar ortaya ki, kimsə gəlib buna bir sillə vursun, sonra da desinlər ki, Hacı Qalib Bilgəhdə adam döydürür. Bu cür oyunları oynayanlar var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.