Ukraynanın müdafiə naziri: “Rusiya Xersonun yalnız ilk üç hərfini ala biləcək” – FOTO

4-12-2022, 10:57           
Ukraynanın müdafiə naziri:
Ukraynanın müdafiə naziri Aleksey Reznikov işğaldan azad edilmiş Çernobaevkada yerləşən “Xerson” beynəlxalq hava limanında olub.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

Nazir hava limanından fotosunu da paylaşıb.

“Bunlar Çernobaevkadakı Xerson beynəlxalq hava limanının lövhəsinin qalıqlarıdır. Ruslar şəhərin adının ilk üç hərfini tərcüməçi olmadan başa düşəcəklər - və bu, Ukraynadan ala biləcəkləri yeganə şeydir” – o, qeyd edib.

Xatırladaq ki, Ukrayna hərbçiləri Çernobaevkanı noyabrın 11-də azad ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru