“Günahsızların azadlığa buraxılması ilə iş bitməməlidir” - TƏRTƏR İŞİ...

6-12-2022, 19:53           
 “Günahsızların azadlığa buraxılması ilə iş bitməməlidir” - TƏRTƏR İŞİ...
"Tək günahsızların azadlığa buraxılması, əfv olunması ilə iş bitməməli, işgəncə verənlər də cəzalarını almalıdır”.

TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli "Tərtər işi” ilə əlaqədar 19 nəfərə bəraət verilməsi fonunda gələcəkdə, prosesdə iştirak etməklə işgəncə törədənlərin cəzalandırılması mümkünlüyündən danışarkən deyib:

"İctimaiyyətin məsələ ilə bağlı məlumatı yetərincə deyil. Hələ keçən əsrin 90-cı illərin əvvəllərində ermənilərin Qarabağdakı təmas xətti boyunca yerləşən hərbi birləşmələri ərazidə yaşayan azərbaycanlılar və hərbi qulluqçularımızla əlaqə yaradıb, onları əməkdaşlığa cəlb etmək məqsədilə müəyyən əməliyyatlar həyata keçiriblər. "Tərtər işi”ndə əsas yanlışlıq təqasirləndirilən şəxslərə işgəncə verilməsilə bağlıdır. Digər yanlışlıq isə onların bu şəkildə saxlanılıb didirilməsilə bağlıdır. Materiallarda görürük ki, belə hallarda cəsus şəbəkəsinin müəyyənləşdirilməsi üçün fərqli əks-əməliyyatlar hazırlanır. Əks-əməliyyatlar istintaq əməliyyatı deyil. Bu onların cinayətini sübut etmək üçün faktoloji əməliyyatın keçirilməsidir. Hesab edirəm ki, bu işdə bəraətlərin verilməsi müsbət haldır. Bu həmin "əməliyyatı” və istintaq əməliyyatı hərəkətini həyata keçirənlərin nə qədər səriştəsiz və qeyri-qanuni addımlar atdıqlarının bariz nümunəsidir. Həmin işlə bağlı istintaq materialları tamam fərqli və fundamental şəkiıdə araşdırılmalıdır. Əslində, araşdırma ilə bağlı ölkə başçısının da tapşırığı var. Günahı olmayan digər şəxslər də azadlığa buraxılmalıdır. Bu məsələdə fəaliyyəti olan hər kəs öz cəzasını almalıdır. Yəni, tək günahsızların azadlığa buraxılması, əfv olunması ilə iş bitməməli, bu işgəncələri törədənlər də cəzalarını almalıdır. Bu istiqamətdə geniş araşdırmalar aparılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.