Vəkil bu dəfə Rövşanəylə dalaşdı -VİDEO
8-12-2022, 08:45
MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb.
Qlobal.net xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb: "Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".
Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib: "Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".
Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.