Bu da sizin sevimli sülhməramlılarınız: "O, çalışır ki, azı 1500 sülhməramlının ailəsi Qarabağa köçürülsün... Buna təminat alıb..."

9-12-2022, 12:05           
Bu da sizin sevimli sülhməramlılarınız: "O, çalışır ki, azı 1500 sülhməramlının ailəsi Qarabağa köçürülsün... Buna təminat alıb..."
"Heç kimə sirr deyil ki, Artsaxda təhlükəsizlik və bütövlükdə ermənilərin burada sağ qalması üçün bütün ümidlər Rusiya sülhməramlıları ilə bağlıdır. Və Artsax xalqı dəfələrlə bildirib ki, rus əsgəri getsə, Artsax əhalisi də onunla birlikdə gedəcək. Bu baxımdan sülhməramlılar uzun müddət Artsaxda məskunlaşmalı və buradan getmək haqda düşünməməlidirlər".

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazır.

Daha sonra bədnam materialda deyilir ki, 10 noyabr 2020-ci il tarixli sənəddə "sülhməramlı"ların Qarabağda olmasının hər iki tərəfin, Ermənistan və Azərbaycanın istəyindən asılı olduğu bildirilsə də, bu sənədin bütün digər bəndləri pozulub və müddətlərə əməl olunmayıb. Guya bu baxımdan "sənəd artıq keçərli deyil, işləmir" və "sülhməramlıları"n Qarabağda qalması yalnız Rusiyanın, separatçı-terrorçu rejimin və" bir az da" Ermənistanın iradəsindən asılıdır...

Ermənistan nəşrinin əldə etdiyi məlumata görə, Azərbaycan torpaqlarındakı baş separatçı Arayik Arutyunyan Qarabağ və Şərqi Zəngəzurdakı azı 1500 sülhməramlının öz ailələrini Rusiyadan buraya köçürmələri üçün hər şeyi edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar. "Bizə dedilər ki, A.Arutyunyan bununla bağlı Rusiya Federasiyasının ən yüksək instansiyalarına müraciət edib və rus hərbçi ailələrinin üzvlərinin Artsaxa köçürülməsinin təşkil olunacağına dair təminat alıb"- deyə erməni nəşri vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru