Erməni deputat: "Bunun üçün ilk növbədə Arutyunyan məsuliyyət daşıyır"

11-12-2022, 12:33           
Erməni deputat: "Bunun üçün ilk növbədə Arutyunyan məsuliyyət daşıyır"
“Bunun üçün ilk növbədə “Artsax rəhbəri” məsuliyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“”Artsax hakimiyyəti”nin susmağa haqqı yoxdur və azərbaycanlıların “Artsax”ın ermənilərin nəzarətində olan hissəsinə necə gəldiyini, onlara nə üçün bu hüququn verildiyini izah etməlidir. Düşünmürəm ki, Rusiya sülhməramlıları “Artsax” hakimiyyətinin icazəsi olmadan belə bir addım atsın. Hətta belə bir qərar olsaydı bu elan edilməli idi. Ona görə də, ilk növbədə Araik Arutyunyan məsuliyyət daşıyır və o, cəmiyyəti düzgün məlumatlandırmalı, “Artsax” ətrafındakı vəziyyət, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əldə olunan razılaşmalar və bunun səbəbləri barədə danışmalıdır” – deyə Tiqran Abramyan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru