"Əgər Bəxtiyar Hacıyev məhkəməyə hörmətsilik etmişdisə, onu cərimlələmək olardı" - Novella Cəfəroğlu

13-12-2022, 16:40           
"Əgər Bəxtiyar Hacıyev məhkəməyə hörmətsilik etmişdisə, onu cərimlələmək olardı" -
“Bütün Beynəlxalq təşlilatların gözü qarşısında Bəxtiyar Hacıyevi bu formada həbs etmək, Azərbaycanın həmin təşkilatlatlarla üz-üzə qoymaqdan başqa bir şey deyil”.

TEREF.AZ bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında insan haqlarının müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, Bəxtiyar Hacıyevin həbsi gözlənilən reaksiyanı verib:

“Əgər Bəxtiyar Hacıyev məhkəməyə hörmətsilik etmişdisə, onu cərimlələmək olardı. Vəkillərin müsahibələrini oxuyuram , onlar bildirir ki, indiyə qədər həmin maddələrə hələ heç kəsə həbs-qətimkan tədbiri seçilməyib. Ona görə də hesab edirəm ki, bu məsələ təcili şəkildə həllini tapmlıdır.

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxış olacaq. Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin bu səhvini dərhal aradan qaldırmalıdır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru