“Evimdə otura bilmirəm, ürəyim partlayır, Qarabağdakı aksiyaya necə gedim?” - Əməkdar artist çağırış etdi

15-12-2022, 20:30           
“Evimdə otura bilmirəm, ürəyim partlayır, Qarabağdakı aksiyaya necə gedim?” - Əməkdar artist çağırış etdi
Əməkdar artist Ağalar Bayramov Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya sənətçilərin də qatılması ilə bağlı çağırışlara münasibət bildirib.

TEREF.AZ xəbər verir ki, A.Bayramov Pravda.az-a verdiyi müsahibəsində göz yaşlarına hakim ola bilməyib.

“Qubadlıda faciəvi şəkildə həlak olan oğlum Şəhriyarın qəbrinə and olsun, ürəyim partlayır, nanə yarpağı kimi əsir. Qarabağdakı aksiyaya necə gedim? Qarabağ azad ediləndən sonra üç dəfə Şuşada olmuşam. Amma indi mən də aksiyaya qatılmaq, hayqırmaq istəyirəm ki, səsim Xankəndinə çatsın. Bu il avqustun 17-18-də Xüsusi nümayəndəliyin təşkilatçılığı ilə Şuşaya getmişdim. Bu gün nümayəndəliyin əməkdaşına yazıb xahiş etmişəm ki, evimdə rahat otura bilmirəm, istəyirəm, aksiyaya gedib, bacı-qardaşlarımın səsinə səs verim. Qanadlarımla uça-uça getmək istəyirəm. Yazmışam ki, 17-18 dekabr şənbə-bazar günlərinə düşür, 19 dekabrda da tələbələrimə dərsim yoxdur. Həmrəyliyimi nümayiş etdirmək istəyirəm. Bakıda ürəyim partlayır, nə edim? Mesajımı oxuyublar, cavab yoxdur. Təşkil edirsinizsə, niyə getmirəm? Portala salsınlar. Bir dostum da var, Şaiq müəllim, Kərləbəcərdəndir, o da şəhid verib. Onun da sənədlərini göndərə bilərəm. Elan edin, Ağalar Bayramov Qarabağa getmək istəyir. İsa bulağında olmuşam, Şuşanın ən yüksək zirvəsindən hayqırmışam. Bəlkə, səsim o vaxt Xankəndinə çatırdı. Cıdır düzündən Əhməd Cavadın misralarını səsləndirmişəm. İndi də xalqımın - separatçılara dirəniş göstərən qardaş-bacılarımın yanında olmaq arzusundayam. Məni də ora aparsınlar, elə bilsinlər ki, Həcc ziyarətinə göndərirlər. Mənim üçün Vətən hər şeydən öncədir. Vətənin qədrini bilməyən, ona ürəyinin odunu verməyən ziyarətgahlardan danışmasa, yaxşıdır. Ora getsəm, nə olacaq, Allah bilir, Allahın verdiyi sənətdir, onu xalqın yolunda xərcələməsəm, nəyə lazımdır? Mən axı şou adamı deyiləm. Əncam çəkin, kömək edin. Baş üstə, gedirəm. …”, - A.Bayramov çağırış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.