Acil şöbəsinin baş həkimi: “Səhiyyə sisteminin başında dayanan təcili tibbi yardım xidmətidir, amma təəssüf ki , ən çox üzü danlanan da…”

18-12-2022, 08:15           
Acil şöbəsinin baş həkimi:
Acil şöbəsinin baş həkimi: " Səhiyyə sistemində ən böyük xidməti olan sahələrin başında dayanan təcili tibbi yardım xidmətidir, amma təəssüf ki, ən çox üzü danlananlar da məhz bu xidmətdə gecə-gündüz zəhmət çəkən əməkdaşlardır"

TEREF.Az bildirir ki, bu fikirləri Azmedia.Az-ın bölgə bürosuna sosial şəbəkələrdə birtərəfli və qeyri obyektiv şəkildə yayımlanan bəzi yanılış informasiyalarla bağlı mövqeyini açıqlayan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinin təcrübəli baş həkimi Allahverdi Alıyev söyləyib." Evi yanan yanğınsöndürənləri, təhlükəli duruma düşən polis əməkdaşlarını, canı ilə əlləşən insanlar isə dərhal ağ xalatlıları arayır.Hər üç halda qorxudan rəngini itirən insanların dadına xidmətti borcunu şərəflə yerinə yetirib vətəndaşının köməyinə yetişən 3 fərqli qurumun fədakar əməkdaşları yetişir. Onların cəsarəti ilə üzləşir hər kəs.Çox nadir hallarda bu fədakarlığa görə adı çəkilən xidmət əməkdaşları zərər çəkən və təhlükəyə düşən insanlardan təşəkkür messajı alır...Bəli. Yalnız giley-güzar və narazıllq." Allahverdi Alıyev konkret olaraq çalışdığı sahədə kifayət qədər bu cür ədalətsiz münasibətə tuş gəldiklərini deyir" Əməkdaşlarımız dəfələrlə arzuolunmaz təpkilərlə baş başa qalıb.Təsəvvür edin elə şəxslər var ki, adi və sadə məsələlərdən ötrü təcili tibbi yardım xidmətinə çağırış edir..Gedirlər ki, vətəndaşın sadəcə baş ağrısı var,yaxud təzyiqi oynayıb və bir çox hallarda içkili vəziyyətdə özünü pis hiss edir.Hətta elələri var ki, xəstəxanaya gəlib bir iynə vurdurmaq üçün təcili yardım xidmətindən az qala taksi xidməti əvəzi istifadə edir.Əvəzində təcili yardıma daha çox ehtiyacı olan, hətta ölümlə çarpışan insanlar xidmət əməkdaşlarını gözləmək zorunda qalır.O qədər hallar olub ki, xəstə yiyələri əməkdaşlarımızı gecikməkdə ittiham edərək təhqir hədəfinə çevirib.Təcrübədən deyə bilərəm ki əməkdaşlara hədə qorxu gəlib, yardım ambulanslarına müxtəlif vasitələrlə zərər yetiriblər.
Belə vətəndaşlara izah edə bilmirik ki, bizlik problem yoxdur.Sizə və bizə əlavə və süni problemlər yaradan məsuliyyətsiz şəxslər-çağırışçılar günahkardır.120 minlik əhalisi olan şəhərin hər bir ünvanına eyni vaxtda çatmaq qeyri mümkündür" Təcili yardım xidmətinin ambulans sürücü Aqil Qurbanzadə də eynən Allahverdi Alıyevin dediklərini təsdiq edir" İki gün öncə bağlar yaşayış massivindən zarıya-zarıya yanını tutan bir orta yaşlı kişini həmkarımız təcili Acil şöbəsinə çatdırdı.Amma o hər kəsin gözü önündə ambulansdan düşüb şöbəyə girmək əvəzinə dərhal ərazidən uzaqlaşdı.Sanki anbulans onun üçün taksi xidməti imiş.Belə hallarla vaxtaşırı rastlaşırıq və bu biabırçılıqdır"
Qeyd edək ki, şəhərin Acil xidməti əməkdaşları ən son bir neçə gün öncə oxşar duruma düşərək kimlərinsə ədalətsiz və qeyri obyektiv qınağına hədəf olub.Daha doğrusu yardım göstərdikləri 3 yaşlıq körpənin doğmaları tərəfindən sosial şəbəkədə yayımlanan anlaşılmaz fikirlərdən çox təsirləniblər.Əslində hadisə dramatik filmi xatırladır.Gecə saat 1 -2 radələrində 2019 -cu il təvəllüdlü Həsənov Ağa Amil oğlu valideynləri tərəfindən Acil şöbəsinə gətirilir.Gecə növbəsi həkimi Şəfəq Məmmədova : " Gətirdilər ki, uşaq narahatdır.İşləmə qusma və qızdırması var.Dərhal müayinə etdik .Qızdırması 37, boğazında isə qızartı vardı.Ağciyərlərində isə hər hansı problem yox idi.Anasının diqqətinə çatdırdıq ki, narahatçılığa ciddi əsas yoxdur.Təkid edib bildirdik ki, mütləq səhər uşaq həkiminə aparın lazımi müalcə təyin etsin.Amma anası peşəkar mövqeyimizə və etirazımıza rəğmən uşağa sistem qoyulmasını xahiş və israr etdi.Məcburiyyət qarşısında sırf reanimasion xəstələr üçün nəzərdə tutduğumuz maye-dərman pereparatını tətbiq edərək uşağa sistem köçürdük.Dəfələrlə təşəkkür edən ana sonda zəhmət olmasın həkim tətbiq etdiyiniz tərkibi resept halında yazın sistemləri ev şəraitində də davam etdirək deyə xahiş və israr etdi.Təbii ki bu durumda peşəkar həkim kimi resept verə bilməsəm də cızma qara şəklində yazıb o siyahını valideynə təqdim etdim.Təşəkkür edirik deyib getdilər.Amma ertəsi sosial şəbəkədə görəndə ki, Acil şöbəsi körpəmizə yardım etmədi, resept verib aptekə göndərdilər eşidib, haqsız yazısını görəndə nə deyim içimi çəkib təəssüflənməkdən başqa çarəm qalmadı" Təcrübəli həkim onu da qeyd etdi ki, daim oxşar məzmunlu ədalətsizlik və təzyiq altında çalışmaq onların hisslərində psixoloji sarsıntıya yol açır.

Ehtiram Muradov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.