“İlqar Məmmədovun bu addımı milli xəyanətə bərabərdir” - Ekspert danışır

20-12-2022, 17:42           
“İlqar Məmmədovun bu addımı milli xəyanətə bərabərdir” -
“Bu gün bir partiyanı dərnək şəkildə idarə edən, siyasi fikirləri bir-birinə zidd olan bu şəxsin keçmiş komanda üzvləri məhz qeyri-standart, reallığa söykənməyən fikirlərinə görə onunla yollarını ayırdı. Çünki İlqar Məmmədov bu gün bir fikir deyirdi, sabah dediyini inkar edirdi. Bir çox hallarda onun fikirləri Azərbaycan xalqının mövqeyinin əksinə olaraq antimilli xarakter alır.

Özünu Qərbin adamı sayan və Qərb tərəfindən artıq ciddi qəbul edilməyən, məhz öz keçmiş komanda üzvləri tərəfindən Qərbdə hörmətdən salınmış İlqar Məmmədov anti-Azərbaycan mövqeyi tutaraq Qərbdə yenidən özünə yer eləməyə çalışır. Halbuki, öz vətənində öz yerini düzgün tuta bilməyən digər mərkəzlərdə də öz yerini boş qoyacaq. Çünki İlqar Məmmədov daim boş düşüncəyə malik olub və irəli sürdüyü siyasi fikrlər partiyasının adına əksi olaraq qeyri-reallığa əsaslanıb”.

TEREF.AZ bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında politoloq, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə REAL Partiyasının sədri İlqar Məmmədov barəsində deyib.

Qeyd edib ki, İlqar Məmmədov əvvəlcə yeni siyasi konfiqurasiyaya uyğun olaraq siyasi partiyaların dialoq formatında iştirak edib, onu uğurlu siyasi addım adlandırıb, bu gün isə bunun əksini deməklə öz qeyri-ciddiliyini ortaya qoymuş oldu:

“İlqar Məmmədov anti-Azərbaycan siyasəti ortaya qoyub. Məhz onun bu mövqeyinə görə REAL dağıldı və bu gün onun yanında cəmi iki nəfər qalıb. İlqar Məmmədov “Siyasi partiyalar haqqında” yeni qanunda problem axtarışına çıxıbsa, bunu Avropada deyil, burada etməlidir. Görünür, İlqar Məmmədov bununla bəzi Qərb mərkəzlərinə öz "təkliflərini" irəli sürərək etimad almaq istəyir. Halbuki, onun etimad şkalası həm daxildə, həm də xaricdə çoxdan bitib. Sadəcə reallıq hissini itirib. Reallıq hissini itirməsəydi, bu gün ölkəmizin indiki həssas durumunda Qərbdən təzyiqlər üçün çağırışlar etməzdi. Bu, milli xəyanətə bərabər olan bir addımdır. Çünki “Siyasi partiyalar haqqında” Qanunu qlobal bir problem etmək heç də uğurlu bir təşəbbüs sayıla bilməz. Bunu olsa-olsa, REAL sədrinin uğursuz gedişi kimi qiymətləndirnək olar. Yeni qanun 4 fəsildən və 20 maddədən ibarətdir. 20-dən çox ölkənin təcrübəsi nəzərə alınıb. İlqar Məmmədovun sevdiyi söz olan Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü bəndlər yer alıb. Ona görə də “Venesiya komissiyasının tövsiyələri nəzərə alınmayıb” demək, siyasi demaqoqluqdur.

Görünür, İlqar Məmmədov yenidən öz ənənəsinə qayıdıb. Ümumiyyətlə, bu adam qeyri-demokratik şəxsdir. Bir dəfə “Facebook”-da “Donbas separatçılarının da öz haqlı bildiyi tələblər var” yazaraq, Ukraynada separtizmə dəstək verərək status yazmışdı. Yazısının şərh bölümündə onun bu fikrinin yanlış olduğunu və Qarabağda separtizmə dəstəyin bir növü olduğunu qeyd etdim.

Arqument gətirə bilmədiyindən məni dostluqdan çıxardı. Yəni bu adam dünyada gedən prosesləri düzgün qiymətləndirmək bir tərəfə, heç demokratik bir üsluba da sahib deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.