Elmar Məmmədyarov tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf etdi – VİDEO

29-12-2022, 10:23           
Elmar Məmmədyarov tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf etdi – VİDEO
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-ə işə götürdüyü şəxslərdən danışıb.

O, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırarkən fikir bildirib.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub,” – sabiq XİN başçısı suala cavab olaraq bildirib.

Həmin müsahibəni təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru