Kərkicahanla bağlı mühüm fakt: Digər yolla Xankəndidən İrəvana... - Polkovnik açıqladı
5-01-2023, 19:17
Bu gün Xankəndidə olan separatçılar rus sülhməramlılarının maşınlarında İrəvana və digər yerlərə gedib-gələ bilir. Ona görə də Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyasının ilk həftəsindən sonra sülhməramlıların komandanlığının onların qarşısına çıxmamasına cavab olaraq, orada öz postumuzu qurmalıydıq. Buna tam haqqımız, hüququmuz çatır. Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin nümayəndələri orada yerləşməli idi.
TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Üzeyir Cəfərov proseslə bağlı maraqlı fakta diqqət çəkib:
"Briqada komandirinin müavini olmuşam və 3 min şəxsi heyət üçün həftədə yalnız bir dəfə ərzaq, yanacaq təchizatı üçün göndəriş etmişik. Bu gün isə orada sülhməramlıların sayı heç 2 min nəfər deyil. Ötən gün aksiya olan yoldan 16-a yaxın sülhməramlıların təminat maşını keçib. Bu qədər avtomobillə onların nə daşıdığı hələ də məlum deyil. Onların hara gedib, haradan gəldikləri bilinmir. Çünki buradan ən çox iki-üç humanitar keçid ola bilər. Bu da postları, şəxsi heyətin yerini dəyişmək üçün edilən keçidlər üçün bəs edər. 16 avtomobillə yanacaq, ərzaq daşıyan maşınların olduğunu nəzərə alsaq, onların bu kimi məsələlərdə özlərini “ağıllı hesab” etdiklərini düşünmək olar. Düşünürlər ki, azərbaycanlı aktivistlər onların avtomobillərini yoxlamır. Ona görə də onlar maneəsiz hara istədi gedib-gəlirlər”.
Hərbi ekspertə görə, hazırda onlar Şuşa-Xankəndi yolundan gizlin olaraq qızıl, silah-sursat daşınır:
“Ona görə də Şuşa-Xankəndi yolunda Azərbaycan dövlətinin inzibatı postunun olması artıq zərurətə çevrilib. Çünki inandırıcı deyil ki, Xankəndinin arxasından narahat Kərkicahan yolu ilə İrəvana gedib-gəlsinlər. Onlara Vardanyanın puluna satılanlar və Volkov bu cür şərait yaradıb. Məsələnin də məğzi məhz bundan ibarətdir”.