“Elə bil toyunun qiymətini qaldırmaq üçün verilişə gəlib, özünü boğur” - ETİRAZ
7-01-2023, 12:19
“Biz komediya aktyorları insanların, kütlənin, bir xəstə, sıxıntılı insanın üzünü güldürə biliriksə nə xoş bizə. Həmin insanları müvəqqəti də olsa dərddən uzaqlaşdıra bilirik. İnsan necə varsa elə də görünməlidir. Onsuz da biz sənətçiləri, tanınmış insanları tamaşaçılar, izləyicilər çox gözəl tanıyır. Bir də görürsən ki, müğənni dəvət edirsən efirə, gəlib orada boğulur, ağayanə dayanır. Elə bil toyunun qiymətini qaldırmaq üçün verilişə gəlib. Səni dəvət etmişik ki, danışıb-güləsən! Sənət camiyəsində böyük qısqanclıq var. Bu hiss qətiyyən məndə yoxdur. Mən yalnız öz işimə, layihələrimə fokslanıram. Bu zaman uğur da qazanırsan. Allahın mənə verdiklərinin şükürünü edib qurtarmamışam ki, başqalarının işinə də naşükürlük edim”.
TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib. Aktyor dramatik obrazları oynamaqda çətinlik çəkdiyini bildirib.
“Komik rollarla tanınmışam. Heç vaxt dramatik obrazları arzu etməmişəm. O vaxt türklər gəlmişdi, məni dramatik rola çəkmək istəyirdilər. Onlar ölkəmizə gəlməzdən öncə araşdırırlar ki, kimi çəkə bilərik?! Obraz da elədir ki, hamı məndən üz döndərib gedir. Mən də indi ağlamalıyam. Bütün seti sakitləşdiriblər ki, indi Elməddin ağlayacaq. Deyirlər ki, bəlkə gözünə qliserin tökək, ağlamış kimi görünsün. Onlara başa sala bilmirəm ki, ay qardaş, mən ağlaya bilmirəm. Qəmli musiqi verdilər ağlaya bilmədim, onu-bunu etdilər yenə də ağlamadım. Türk rejissor gəlib mənə dedi ki, gözünün qabağına pis bir şeylər gətir. Gözümün qabağına dediklərini gətirdim, amma yenə də içimdə bir səs məni ağlamağa qoymur. Düz 5 saata bir səhnəni çəkib bitirə bilmədik. Sonda gözümə qliserin töküb çəkdilər. Bir sözlə ağlaya bilmədim” deyə aktyor bildirib.
Aktyor bildirib ki, özünün çəkildiyi filmləri izləyə bilmir.
“Tam səmimi deyim ki, özümə baxmağa kompleksim var. Özümün çəkildiyi filmə 3 ildən sonra baxanda deyirəm ki, kaş indi çəkilərdim, daha da yaxşı oynayardım. Özümdən asılı deyil, izləyəndə utanıram. Yutubda girib baxa bilərəm, amma baxmıram” deyə aktyor bildirib.