"Ruslar dustaqları, buryat, udmurt və qafqazlıları birbaşa minalı sahəni "təmizləmə"yə yollayır..."

12-01-2023, 11:56           
"Ruslar dustaqları, buryat, udmurt və qafqazlıları birbaşa minalı sahəni "təmizləmə"yə yollayır..."
"İkinci vəzifə arzuolunmaz elementləri məhv etməkdir. Bu da onlar üçün əladır; həbsxanalardan məhbusları toplayıblar və artıq onları mühafizə etməyə, yedirtməyə, qızdırmağa, pul ödəməyə ehtiyac yoxdur. Maaş günündən düz bir gün əvvəl - bizim mövqelərimizə göndərirlər - vəssalam..."

Rusiya işğalçılarının istehkamçıların əvəzinə həbs koloniyalarından cəlb edilmiş məhbusları ukraynalı müdafiəçilərin minaladığı tarlalara göndərməsi və onların özləri vasitəsi ilə “təmizləmə” həyata keçirməsi halları var.

Moderator.az xəbər verir ki, bu barədə "GORDON" nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində hazırda Baxmut yaxınlığında mövqe tutan Ukrayna Milli Qvardiyasının 4-cü əməliyyat briqadasının “Azadlıq” taborunun komandiri, mayor Pyotr Kuzık danışıb.

"Bu insanlar, məhbuslar və azsaylı xalqların nümayəndələri - buryatlar, udmurtlar, qafqazlılar - utilizasiya(lazımsız olan əşyaları zərərsüzləşdirmək-S.L.) üçün buraxılırlar... Biz qarşımızda hər yeri tank və piyada əleyhinə minalarla minalayırıq. Onlar minaları təmizləmək üçün birbaşa dustaqlar dəstəsini işə sala bilərlər. Və bu da məndə belə bir fikir oyadır ki, Ukraynada döyüşən rus komandirlərin iki vəzifəsi var. Birinci vəzifə ərazimizi ələ keçirməkdir. İkincisi isə bu cəhd uğursuz olduğu halda arzuolunmaz elementləri məhv etməkdir. Bu da onlar üçün əladır; həbsxanalardan məhbusları toplayıblar və artıq onları mühafizə etməyə, yedirtməyə, qızdırmağa, pul ödəməyə ehtiyac yoxdur. Maaş günündən düz bir gün əvvəl - bizim mövqelərimizə göndərirlər - vəssalam", - deyə Kuzık vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.