Vahid Əhmədov: “Qiymət siyasəti başlı-başına buraxılıb”

25-01-2023, 08:54           
Vahid Əhmədov:
“Azərbaycanda kifayət qədər qiymət artımı var. Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı sata bilməzlər”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov bildirib.

“Qiymət siyasətində problemi həll etməsək, nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq. Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi ilə qiymət siyasəti ilə bağlı görüş keçirək. Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb. Yox, əgər nəzarət olunursa, niyə qiymətlər bu həddədir?!” – deyə Vahid Əhmədov bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru