Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb

27-01-2023, 12:34           
Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
Ukrayna Prezidenti: "Xüsusən, biz tank koalisiyamızı genişləndiririk"

Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparması üçün “tank koalisiyası”na qoşulub.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

“Rusiyanın şəhərlərimizə qarşı atdığı hər bir raket, terrorçuların istifadə etdiyi hər bir İran pilotsuz aparatı bizim niyə daha çox silaha ehtiyacımız olduğuna dair arqumentlərdir”, - dövlət başçısı qeyd edib.

O söyləyib ki, işğalçıları yalnız silahlar zərərsizləşdirə bilər. Ona görə də Ukrayna ordusuna kömək etmək üçün öz töhfəsini verən hər bir ölkə önəm daşıyır:

“Xüsusən, biz tank koalisiyamızı genişləndiririk (Kanadanın müvafiq qərərı var - buna görə minnətdaram). Artıq bizim tank koalisiyamızda 12 ölkə var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru