Rasim Balayevdən Hikmət Rəhimova CAVAB: - ““6 milyonu basıb yeyiblər” – bu söz deyil axı....””

2-02-2023, 16:29           
Rasim Balayevdən Hikmət Rəhimova CAVAB: -
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev aktyor, rejissor Hikmət Rəhimovun “Cənab Prezident İlham Əliyevin serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manatı “basıb yedilər”, serial da ortaya çıxmadı” fikirlərinə münasibət bildirib.

TEREF.AZ bildirir ki, R.Balayev Pravda.az-a müsahibəsində gənc aktyorun sözlərinə etiraz edib.

Xalq artisti deyib ki, Hikmət Rəhimov sözlərini sübut etməlidir: “”Basıb yedilər” məsələsinə nəsə deyə bilmərəm, bu, mənim yanımda olmayıb. Necə yəni “basıb yeyiblər”? Bu, cinayətdir, sübut etmək lazımdır. Kim yeyib, necə yeyib? Kim nə qədər oğurlayıb? Mədəniyyət Nazirliyinin əli varsa, bunu da sübut etsin. Hamımız gördük ki, son vaxtlar Nazirlikdə nə qədər saxlanılanlar oldu. “6 milyonu basıb yeyiblər” – bu söz deyil axı....” Elə bil ki, şər atırlar”.

R.Balayev Azərbaycanda peşəkar rejissorların az olmasından da gileylənib: “Bu dəqiqə pul da var. Bilirsiniz əsas məsələ nədir? Bu günlə səsləşən, səviyyəli film çəkə bilən rejirssorumuz, demək olar, yox dərəcəsindədir. Bir-iki nəfər var, onlardan da biri yaşlıdır, digəri isə nə bilim... Demək istəyirəm ki, yaza bilən, yaxşı ssenarimiz yoxdur. Bunlar hamısı yaxşı film, serial ortaya qoymaq üçün böyük şərtlərdir. Müxtəlif səbəblər var. O pulu ki cənab Prezident bizə verir, sağolsun. O pulla nələrsə etmək olar. Amma ustalıq, professionallıq lazımdır. Bax, hazırda bu yoxdur”.

Xalq artisti son zamanlar böyük izləyici kütləsi qazanan “Əqrəb mövsümü” serialından xəbərsiz olduğunu deyib: “Yox, izləməmişəm. Bilirsiniz, həvəs başqa şeydir, istedad başqa. İstedad varsa, bəli, bu istedada maliyyə yardımı etmək lazımdır ki, yaxşı film çəkə bilsin. Amma çox vaxt belə olmur. Bunun üçün uzun zaman lazımdır. Hazırda isə reallıq budur. Təəssüf ki, filmlər çəkilmir, seriallarda da professionallıq zəifdir. Bu, o demək deyil ki, belə də qalacaq. Xeyr. Yəqin ki film sahəsi inkişaf edəcək...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.