İdman naziri: “Xanım mənə dedi ki, siz Emin Əmrullayevsiz?”-VİDEO

6-02-2023, 00:01           
İdman naziri:
"Biz Olimpiya Stadionunda futbola baxmağa getmişdik. Orada fasilədə bir neçə nəfər gənc mənimlə şəkil çəkdirməyə gəldi. Gənclərdən biri şəkil çəkdirdikdən sonra məndən soruşdu ki, siz kimsiniz?"

Cebhe.info xəbər verir ki, bu sözləri İctimai kanalın efirində qonaq olan gənclər və idman naziri Fərid Qayıbov söhbət zamanı deyib. Nazir bildirib ki, onu tanımayan gənc hamının onunla şəkil çəkdirdiyini görüb onunla fotosunun olmasını istəyib.

Nazir buna bənzər hadisələrlə tez-tez qarşılaşdığını deyib:

"Mən bir dəfə piyada işə gedirdim.İdman Akademiyasının tələbələrindən biri məni tanıdı. Mənimlə şəkil çəkdirdi. Bu zaman bir xanım yaxınlaşıb mənə dedi ki, siz Emin Əmrullayevsiniz (elm və təhsil naziri-red.)?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru