Ukraynada bu model Arestoviçin yuxusudur - Puşkov

7-02-2023, 22:43           
Ukraynada bu model Arestoviçin yuxusudur - Puşkov
Ukraynın Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin Ukraynadan Cənubi Koreya “yaradılacağı” ilə bağlı söyləntiləri siyasi yuxuya bənzəyir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Teleqram kanalında yazıb.

“Həyat səviyyəsi və inkişaf baxımından Ukraynadan heç vaxt Cənubi Koreya çıxmayacaq. Bu, gələcək sistemdə öz yerlərini axtaran insanların ukraynalılara təklif etdiyi bir növ yeni siyasi yuxu, post-maydan arzusudur. Bütün münasibətlərdə Cənubi Koreya ilə bənzətmə heç bir meyara sığmır. Boşdur”, - deyə o bildirib.

Qeyd edək ki, A.Arestoviç konfliktin bitməsindən sonra Ukraynada qalan ərazidə Qərbin Cənubi Koreya yaratmaq planlarının olduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru