“İran münaqişəyə hərbi müdaxilə üçün çoxdan əlverişli şərait arayır...” - Qüdrət Həsənquliyevdən ilginc açıqlamalar

9-02-2023, 12:55           
“İran münaqişəyə hərbi müdaxilə üçün çoxdan əlverişli şərait arayır...” - Qüdrət Həsənquliyevdən ilginc açıqlamalar
“İran münaqişəyə hərbi müdaxilə üçün çoxdan əlverişli şərait arayır...”
TEREF.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Ermənistan və İranın Azərbaycan-Ermənistan sərhədlərində təxribatlara hazırlaşdıqları barədə məlumatlar yayılır. Siz necə düşünürsünüz, indiki ərəfədə belə təxribatların törədilməsi nə dərəcədə realdır?

- İlk növbədə Türkiyədə baş vermiş zəlzələdə onminlərlə insanın həyatını itirməsinə görə, bütün türk dünyasına dərin hüznlə başsağlığı verirəm.Düşmənlər sevinməsin. Əminəm ki, Türkiyə və türk dünyası bu sınaqdan daha da güclənmiş və bütövləşmiş çıxacaq.

Sualınıza cavab olaraq onu deyə bilərəm ki, İran münaqişəyə hərbi müdaxilə üçün çoxdan əlverişli şərait arayır. İndi düşünə bilərlər ki, belə bir imkan yaranıb. İran görür ki, Türkiyə ilə Qərb arasında münasibətlər rəvan deyil və Qərb bütün vasitələrlə Ermənistana kömək etmək istəyir. Bizim təbii müttəfiqimiz Türkiyənin isə başı zəlzələnin fəsadlarının aradan qaldırılmasına qarışıb. Düşünürlər ki, belə vəziyyətdə İranın Ermənistan tərəfdən münaqişəyə qatılması Qərbin onlara təzyiqini azaldar, onlar da bundan istifadə edib həm nüvə proqramını, həm də daxildə repressiyaları genişləndirib orta əsrlərə xas olan teokratik rejimlərinin ömrünü uzada bilərlər. Ermənilərin türklərə olan nifrəti, revanş götürmək hissi onları sağlam mühakimə yürütmək qabiliyyətindən məhrum edib və hər cür avantüraya sövq edir.

- Belə bir təxribat baş verərsə bizim cavabımız necə olmalıdır?

- Bu halda onlara ciddi əks-zərbə vurulmalı, Qarabağda erməni sakinlərin yaşadığı ərazilərimizdə dövlət suverenliyi bərpa olunmalı, nəhayət ki, bölgəyə inkişafa yol açacaq sülh gəlməlidir. Bunun üçün dərhal Daxili Qoşunlar Xankəndiyə daxil olmalıdır. Zəngəzurdan Naxçıvana, 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq, açılmalı olan yolların tikintisini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Yəni avtomobil və dəmir yollarının bərpa edilməli olduğu ərazi Silahlı Qüvvələrimiz tərəfindən müvəqqəti nəzarətə götürülməli və müəyyən təminatlar əsasında qeyd etdiyim Sazişə uyğun olaraq, yolların təhlükəsizliyini təmin etməyə məsul olan Rusiyanın nəzarətinə verilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.