Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız? -Deputat qəzəbləndi

10-02-2023, 11:14           
Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız? -Deputat qəzəbləndi
“Sosial şəbəkə meymunları yenə də dövriyəyə girdi. Məsxərə ilə paylaşırlar ki, görəsən millət vəkilləri öz maaşlarını Türkiyəyə yardım üçün göndərdilərmi? Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib”.

Gununsesi.info bildirir ki, bunu deputat Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb.

“Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var. Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru