“Məzunlarımız iş tapmır, Allahın evini xurafatçılarla doldurublar” - Məscidlərdə ƏMƏLİYYAT

13-02-2023, 18:52           
“Məzunlarımız iş tapmır, Allahın evini xurafatçılarla doldurublar” -
“Bu gün əsas problem bütün məscidlərə rəsmi din xadimlərinin təyin edilməsi ilə bağlıdır. Bu məsələyə diqqət daha da artırılmalıdır”.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib:

“Bilirsiniz ki, qanuna dəyişklik edildi və bu qanuna əsasən, təyinatlar Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Prosesə başlanılıb. Amma düşünürəm ki, proses daha da sürətləndirilməlidir. Məscidlərdə sırf ali dini təhsili olmayan insanlar da var, ancaq bunu hamıya şamil etmək olmaz. Bu sahədə əsas problem kənar təsirlərə məruz qalan, İranla və digər təriqətlə bağlılqları olan din xadimləri ilə bağlıdır ki, onların ən qısa zamanda kənarlaşdırılması diqqətdə saxlanmalıdır”.

Ceyhun Məmmədov bildirib ki, bu gün ölkədə dini təhsili olan kifayət qədər məzun var:

“Bu gün kifayət qədər məzunumuz var. Həm İlahiyyat İnstitutunu, Bakı İslam Univresitetini bitirən məzunlarımız bu sahədə fəaliyyətlərini uğurla icra edə bilərlər. Bu baxımdan bizim elə bir ciddi çətinliyimiz yoxdur. Amma təyinat prosesi daha da sürətlənməlidir. Biz gecikdikcə, çətinliklərimiz daha da artır. Yenə də deyirəm, kənar təsirlərə məruz qalan, dövlətçilik mövqeyi olmayan bütün şəxslər bu prosesdən tamamilə uzaqlaşdırılmalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.