Amerikalı general: “Vurulmuş naməlum obyektlərin yadplanetli mənşəyi istisna edilmir”

14-02-2023, 11:32           
Amerikalı general:
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) başçılıq edən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherke son bir neçə gündə ABŞ və Kanada hava məkanında görünən naməlum obyektlərin yadplanetli mənşəyini istisna etmədiyini bildirib.

O, müvafiq suala belə cavab verib: “Mən kəşfiyyat və əks-kəşfiyyat idarəsinə bunu araşdırmağa icazə verəcəyəm. Mən heç nəyi istisna etmirəm”, - deyə o, Pentaqonun brifinqində bəyan edib.

“Hazırda biz Şimali Amerikaya yaxınlaşan hər bir naməlum təhlükəni və ya potensial təhlükəni qiymətləndirməyə davam edirik, onu müəyyən etməyə çalışırıq”, - NORAD rəhbəri bildirib.

ABŞ Müdafiə Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, indiyədək hərbçilər qeyd olunan naməlum obyektlərin heç birinin yerdən kənar mənşəli olduğuna dair hər hansı bir sübut görməyiblər.

Mənbə: forbes.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru