“Binaların tikintisində özbaşınalıq çoxdu” — Vahid Əhmədov

16-02-2023, 12:45           
“Binaların tikintisində özbaşınalıq çoxdu” — Vahid Əhmədov
"Azərbaycanda mütəmadi zəlzələrə olur və seysmik zonalarımız var. Ona görə də, tikilən binaların dayanaqlılığı əsas məsələlərdən biridir".

Bu sözləri açıqlamasında Milli Məclisin üzvü Vahid Əhmədov deyib. Deputat tikinti sektorunda yoxlamaların aparılmalı olduğunu diqqətə çatdırıb:

"Düzdür, ölkəmizdə bununla bağlı işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin tərkibində xüsusi idarə var, hansı ki, bu işlə mütəmadi olaraq məşğul olurlar. Amma bunları daha da sərtləşdirmək lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi var və tikinti zamanı mütləq onlarla razılaşdırmaq lazımdır. Çünki elə yerlər var ki, orada tikinti aparmaq olmaz. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru 2019-cu ildən binaların tikintisi ilə bağlı Seysmoloji Mərkəzə müraciət olunmadığını qeyd etdi. Bütün bunlar ciddi şəkildə müvafiq qurumlar təırəfindən araşdırılmalıdır".

Millət vəkili qeyd edib ki, zəlzələ ilə əlaqədar müvafiq texnologiyalardan istifadə olunması zəruridir:

"Hesab edirəm ki, binanın tikintisi başlanandan qurtarana qədər yoxlamalar aparılmalıdır və müvafiq tələblərə cavab verən binalar olmalıdır. Son vaxtlar binaların tikintisində özbaşınalıq çox olur. Hətta, Bakıda tikilən binaların arasında heç iki metr də məsafə qoyulmur. Əgər hər hansı bir hadisə baş verərsə, ora daxil olmaq çox çətin olacaq. Buna görə də, birinci Bakının Baş planı təsdiq olunmalıdır. Bundan sonra yolların salınması, binaların tikilməsi ilə bağlı işlər görülməlidir".
miq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.