Maska rejimi geri qayıdır? - AÇIQLAMA

17-02-2023, 09:36           
Maska rejimi geri qayıdır? - AÇIQLAMA
“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”.

TƏBİB-dən verilən məlumata görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədovanın sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur:

“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçülərə və s.) meyil göstərirlər. Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur. Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər".

Maraqlıdır, məktəblilər üçün maska tələbi gələ bilərmi?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, gigiyena deyəndə ki, biz insanlara əlləri yudurda bilmirik:

"Neçə aydır ki, qrip virusu tüğyan edir və səngimək bilmir. Belə durumlarda gigiyenik qaydalara əməl edilmir. Bəlkə mayın sonunadək qrip davam edəcək. Amma mən bununla bağlı ictimai yerlərdə kiminsə maska taxdığını görmürəm. Çünki insanları qorxutmurlar. Amma özünü qorumaq istəyən maskadan istifadə eləməlidir.

O ki qaldı uşaqlara, biz azyaşlılarda koronavirus dövründə edilən qapanmaların fəsadlarını görürük. Uşaqları evə qapatdıq, çoxunda piylənmə yarandı. Uşaq orqanizmi də belədir ki, daim hərəkətdə olmalıdır. Məktəbin bir xeyri də budur. Lakin məktəblərdə maska taxılmasına qarşıyam.

Birinci növbədə, valideyn xəstə uşağını məktəbə aparmamalıdır. Çünki sağlam uşaqların da yoluxmasına gətirib çıxardır. Açığı, bu məsələlərdə uşağını özəl məktəblərə aparan valideynlər daha məsuliyyətlə yanaşırlar. Amma məktəblərdə maska taxılmasına dediyim kimi, razı olmazdım. Uşaqlar maskasız güclə oxuyurlar, maska ilə heç oxuya bilməyəcəklər. Əgər maska qadağası qoyulacaqsa, onda sinifdə şagirdlərin sayını da azaltsınlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.