“Azərtac-ın müxbiri siyasi motivlərlə işdən çıxarılıb” - Deputatdan ETİRAZ

17-02-2023, 11:47           
“Azərtac-ın müxbiri siyasi motivlərlə işdən çıxarılıb” - Deputatdan ETİRAZ
“Azərtac-ın keçmiş müxbiri Aygün Əliyeva mediada açıqlama verərək intihar edəcəyini bildirib. Mən o müxbirlə əlaqə saxladım dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim”.

TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.

“Mən demişdim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır. Azərtac isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”, - deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru