“PUTİN, STALİN KİMİ ÖZ GENERALLARINI GÜLLƏLƏMƏK İSTƏYİRDİ...” – “Onlar bunu başa düşdülər...”

18-02-2023, 10:54           
“PUTİN, STALİN KİMİ ÖZ GENERALLARINI GÜLLƏLƏMƏK İSTƏYİRDİ...” –
“Prezident Vladimir Putin hazırda bütün gücünü sərf edir ki, hücum üçün sonuncu imkandan istifadə etsin. Artıq 1 mayadək Ukraynanın əlində “qələbə silahları” olacaq, bu zaman Rusiya katastrofik məğlubiyyət yaşayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı publisist-politoloq Andrey Piontkovski Ukraynanın “Unian.net” portalına müsahibəsində deyib.

“1 mayadək Ukraynanın əlində tanklar, zirehli transpartyorlar, 160 kilometrədək atəş gücü olan artilleriya olacaq, hətta ola bilər ki, 320 kilometri vuran. Hazırda ATACMS raketləri ilə bağlı məsələ bir qədər kölgədə qalıb, çünki bu problem müəyyən qədər GLSDB raketləri ilə həll olunub, onlar Ukraynanın imkanlarını 160 kilometrdək genişləndirir. Moskvaya zərbə endirmək təhlükəsinə gəlincə, bu məsələ də Storm Şhadov raketlərilə həll ediləcək. Və aviasiya...” , - Piontkovsi əlavə edib.

Ekspert may ayında Rusiyanın böyük və fəlakətli məğlubiyyətini proqnozlaşdırır. Bu, Ukrayna ordusunun Melitopolu götürüb, Krımdakı rus qruplaşmasını mühasirəyə almasilə reallaşacaq. “Mən yanvarın 10-11-də bunkerdə baş vermiş çevrilişə çox böyük əhəmiyyət verirəm. Bu, Putinin hakimiyyətdə olduğu 23 il ərzində aparatda üzləşdiyi ilk məğlubiyyət idi. Putin üzərində qələbənin dadını hiss edən generallar isə bunkerdəki gücə münasibətlərini dəyişdilər. Mən əminəm ki, generalitet, peşəkarlar olaraq, ilk gündən bu avatüraya qarşı idi. İstənilən faşist rejimində generalitetlə fürer arasında konflikt qaçılmazdır. Kimsə başqasını günahkar elan edib, ona ölüm hökmü çıxarmalıdır. Onlar artıq başa düşürlər ki, o (Putin) onlarla nə etmək istəyirdi. O, onları Stalinin 41-ci ildə 50 generalı güllələməsi ssenarisi ilə aparırdı. Onlar bunu unutmamışdılar və əlverişli vəziyyətdə gedişatı əks istiqamətə dəyişə bildilər”.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.