Polşanın keçmiş prezidenti: “Pensiyam heç yeməyə də çatmır”

21-02-2023, 11:15           
Polşanın keçmiş prezidenti:
Polşanın keçmiş prezidenti Lex Valensa pensiyasının azlığından və ərzaqların bahalığından gileylənib. O bildirib ki, aldığı məbləğ heç yeməyə də çatmır.

Keçmiş siyasətçinin sözlərinə görə, həyat yoldaşı bütün vəsaiti ondan alır. Belə ki, məhz qadın ev üçün məhsulların alınması ilə məşğuldur.

“Xoşbəxtlikdən həyat yoldaşım hər gün alış-verişə gedir. Mən şadam ki, mağaza rəflərində bu dəhşətli qiymətləri görmək məcburiyyətində deyiləm. Buna baxmayaraq, onlar mənim hesabıma alınır”, - deyə eks-prezident bəyan edib və vurğulayıb ki, inflyasiyanın nəticələrini hər gün öz boşqabında görür.

Valensa onu da bildirib ki, uzun illərdir onun pensiyası artmır və bütün indeksasiyalar ondan yan keçib.

“Ərzaq bahadır. Ona görə də səhər, nahar və şam yeməklərimin porsiyası azalıb. Mən bundan heç də razı deyiləm”, - Valensa deyib.

Keçmiş prezident məlumat verib ki, o, ailəyə maddi yardım etmək üçün sosial və siyasi qruplar üçün mühazirələr oxuyur.

“Nə qədər alıram, deyə bilmərəm. Bu, müxtəlif məbləğlər olur. Amma büdcəmdəki boşluqları belə doldururam” – Valensa yekunlaşdırıb.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.