Moldovanın baş naziri:

22-02-2023, 12:44           
Moldovanın baş naziri:
“Rusiya Kişineu hava limanını ələ keçirməyi və orada öz ordusunu yerləşdirməyi planlaşdırır”.

Bu barədə Moldovanın baş naziri Dorin Reçan məlumat verib.

“Bir neçə destabilizasiya ssenarisi var. Onlara bir neçə element daxildir”, - Moldova hökumət başçısı deyib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti bu cür çağırışlarla üzləşməyə hazırdır. O vurğulayıb ki, hökumətin məqsədi ölkədə əmin-amanlığı və sabitliyi təmin etməkdir.

Xatırladaq ki, Moldovanın yeni baş naziri Dorin Reçan Dnestryanı bölgənin demilitarizasiyası, eləcə də bütün Rusiya hərbçilərinin oradan çıxarılmasına tərəfdardır.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru