"Yoxlama məntəqəsinin açılması statusa uyğun gəlməyən məsələdir" - deputat

23-02-2023, 13:15           
"Yoxlama məntəqəsinin açılması statusa uyğun gəlməyən məsələdir" - deputat
Dekabrın 12-dən azərbaycanlı eko fəalların “ekoloji terrora son” şüarı ilə başladığı aksiya bu gün də davam edir. Nümayişlər başlayan gündən Laçın dəhlizi azərbaycanlı fəalların irəliləməməsi məqsədilə Rusiya sülhməramlıları tərəfindən bağlanıb.
Laçın dəhlizinin bu şəkildə bağlı olması, ancaq humanitar məqsədlər üçün açıq olması Ermənistanı çox narahat edir. Aksiyalar başlayan gündən etibarən ermənilər narahatlıqlarını dilə gətirir. Hətta Azərbaycanın Qarabağ əhalisi üçün humanitar böhran yaratdığını belə iddia edirlər.

Ancaq reallıq budur ki, dəhliz humanitar məqsədlər üçün açıqdır, sadəcə olaraq silah-sursatın daşınması, qeyri-qanuni silahlıların bölgəyə keçməsinin qarşısı alınır.

Bu isə qanunsuz erməni silahlılarının güclənməsinin, yeni təxribatlar törətməsinin qarşısın alır.

Bir müddət əvvəl həmin ərazidə Azərbaycan yoxlama məntəqlərinin yaradılması məsələsi gündəmdə idi. Amma son zamanlar bu mövzu bir qədər gündəmdən kənar qalıb. Aksiya isə davam edir.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Arzu Nağıyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aksiyalar orada olan QHT nümayəndələrinin, “Azərgold”-un nümayəndələrinin və orada iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Dövlət Əmlak Komitəsinin əməkdaşları öz missiyalarını həyata keçirənə qədər davam edəcək. Yəni yataqların monitorinqi aparılanacan aksiyalar saxlanılmayacaq.

Deputat bildirib ki, bu monitorinqlərin keçirilməsində məqsəd birmənalı şəkildə gələcəkdə təzminatın ödənilməsi ilə bağlı olan hesaplamalarla yanaşı ekoloji təhlükənin qarşısını almaqdır.

“Qarabağ, Laçın dəhlizi Azərbaycan ərazisidir. Kimsə gəlib oradlarda öz başına işlər görə bilməz. Yoxlama məntəqələrinin yaradılması məsələsinə gəldikdə isə Azərbaycanın öz ərazisində hansısa yoxlama məntəqəsinin açılması və yaxud hansısa postların qurulması, statusa uyğun gəlməyən məsələdir".

Parlamentarinin sözlərinə görə, Rusiya sülhməramlıları da özlərinə məxsus texnikaların olmadığı üçün Azərbaycan tərəfindən yoxlama məntəqələrinin yaradılmasını istəyirdi.

Əgər belə davam edərsə Ermənistan Azərbaycan sərhədində, Laçın yolunun başlanğıcından yoxlamalar keçirmək olar. Bu yoxlamalarda da məqsəd Azərbaycan ərazisinə hansısa silah-sursatın, terrorçuların keçməsinin qarşısını almaq olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.