Zelenski müharibə ilinin ən pis günündən danışdı: “Şeytan burada - Yer üzündə idi”

25-02-2023, 10:48           
Zelenski müharibə ilinin ən pis günündən danışdı: “Şeytan burada - Yer üzündə idi”
“Şəxsən mənim üçün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ilində rusiyalı hərbçilərin Buçadakı cinayətləri ən dəhşətlisi olub”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fevral. Yenilməzlik ili” mövzusunda təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Prezident Zelenskidən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ilində onun üçün ən dəhşətli gecə və günlərin hansı olduğu soruşulub.

“Yəqin ki, Buça. Mən gördüklərim... Şəhəri işğaldan azad etdiyimiz an… çox qorxunc idi... Biz həqiqətən gördük ki, şeytan haradasa oralarda deyil, Yer üzündədir”, - deyə Zelenski vurğulayıb.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru