Erməni sülhməramlı: ermənilər “Xocalı faciəsi” altında nə başa düşürlər
27-02-2023, 09:24
Ermənistanda indiyədək Xocalı faciəsi haqqında yalan söyləyirlər, A. Mütəllibovun və E. Fətullayevin sözlərindən sitat gətirirlər, ki, onların iki də bunlardan çoxdan imtina ediblər. Erməni siyasətçilər Xocalı haqqında yalanı dünyaya yayırlar, həqiqəti neytrallaşdırırlar. Qonşu ölkədə Qarabağın bu şəhərinin sakinlərinin tarixini necə təhlil və təhrif edirlər, – bu barədə Turan-a İstanbulda yaşayan sülhməramlı, Ermənistan vətəndaşı İşxan Verdyan bildirib.
– 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalı və Malıbəylidə baş vermiş hadisələr Ermənistan KİV-də, siyasi dairələrdə müzakirə olunurmu?
-Xocalıdakı vəhşiliklər Ermənistanda qadağan olunmuş mövzudur. Bu barədə apriori danışmaq qadağandır və əgər kimsə qəflətən azərbaycanlıların özü-özünü belə cəzalandırdığını şübhə altına alarsa, başını qaldırıb “gəlin araşdıraq” deyərsə, onu qaçılmaz olaraq satqın damğası və güc strukturlarının müdaxiləsinə qədər hər cür repressiya gözləyir.
Özgəfikirlilərə bu münasibəti və ümumiyyətlə, ermənilərin mövqeyini ört – basdır edən əsas hekayə aşağıdakı kimi formalaşdırıla bilər: “Bizə qarşı soyqırım törətdilər, biz yox. Biz soyqırıma qadir deyilik. Bu əhvalatda biz qurbanıq”. Qeyd etmək çətin deyil ki, bu hekayə ermənilərin özünüdərkinə çox rəvan şəkildə daxil olur və sualın özünə, erməniyə qəti cavab vermək üçün başqa dəlillərə ehtiyac yoxdur.
Ancaq bu yanaşmada böyük hiylə gizlənir – ictimai ovqatın manipulyasiyası sahəsində ən böyük ustalar tərəfindən düşünülmüş təbliğat tryuku. Bilmirəm, ermənilər özləri bu tryuku uydurublar, yoxsa başqalarından götürüblər, amma Ermənistanda bu, sadəcə qüsursuz işləyir. Tryuk ondan ibarətdir ki, ayrı-ayrı fərdlərin ayrı-ayrı hərəkətləri, onların milli mənsubiyyətlərinə görə bütün millətə bulaşır. Yəni, əgər cinayəti törədən şəxs ermənidirsə və əgər bu cinayətdə onu ittiham edirlərsə, elə təbliğat aparılır ki, sanki bütün millət ittiham olunur, şəxsiyyət yox və o, bütün ermənilərin timsalında müdafiə qazanır. Böyük effekt əldə etmək üçün detallar gizlədilir və hər şey ümumi ifadələrlə təqdim olunur. Məsələn, əgər deyirlərsə ermənilər azərbaycanlılara qarşı soyqırım törədiblər, bütün erməni xalqı bunu inkar edir. Əgər cinayətdə ittiham şəxsən erməniyə qarşı irəli sürülürsə, bu, bütün millətə qarşı ittiham kimi təqdim ediləcək və cəmiyyətin sıx müdafiəsini qazanacaq. Daha sadə dildə desək, cinayətkarlar öz millətinin arxasında gizlənirlər. Onlara yönələn ittihamları millətə yönləndirirlər və onun himayəsi altında dinc otururlar.
– Azərbaycanlılar bir qrup erməninin və 366-cı sovet alayının hərbi qulluqçularının cinayətini bütün erməni xalqına şamil etməklə düzgün düşünürlərmi?
– Ümumiyyətlə, “belə bir millət belə hərəkətlərə qadirdir” ifadəsi səhvdir. Millət bütün əzalarına nəzarət edən vahid orqanizm deyil. Millət xaraktercə və həyati dəyərlər üzrə tamamilə müxtəlif adamların birliyidir, birilərinin və ya digərlərinin olması və ya olmaması heç bir şəkildə bütöv millət üçün xarakteristika ola bilməz. Qatillər və filantroplar bütün cəmiyyətlərdə mövcuddur, lakin Yer planetindəki qatil xalqlar və ya qatil filantroplar hələlik qeydiyyata alınmayıb, əlbəttə ki, təbliğata əsaslanmasaq. Öz növbəsində təbliğat çoxmilyonluq xalqı faşistlərə çevirə bilər, amma bu vəziyyətdə xalq yalnız qurban olacaq, qurbanı ittiham etmək isə ən düzgün yanaşma deyil. Bununla belə, eyni təbliğat vəziyyəti asanlıqla geri qaytara və faşist cəmiyyətini müasir, qabaqcıl cəmiyyətə çevirə bilər. Yaxın tarixdə hər ikisinin nümunələri çoxdur.
“Ermənilər soyqırım törətməyə qadirdirmi” sualına qayıdaraq bunu yuxarıda qeyd olunanlara əsaslanaraq ifadə edərdim, “erməni cəmiyyətində konkret adamlar günahsız azərbaycanlını öldürməyə qadirdirmi”. Azərbaycanlıların Xocalıda dəhşətli qətliamı törətməkdə məhz kimləri ittiham etdiklərinə baxsaq, bu sualın cavabını tapmaq asandır. Bu adamların adları məlumdur və gəlin görək, onlar günahsız azərbaycanlıları öldürməyə qadirdirmi?
ROBERT KÖÇƏRYAN
Ermənistan parlamentini güllələyib, çox sayda günahsız ermənini öldürüb. Ona qarşı mitinq zamanı on günahsız ermənini güllələyib. Onun adını yalnış tələffüz edən istənilən ermənini öldürüb.
SERJ SARQSYAN
Ermənistan parlamentini güllələyib, çox sayda günahsız ermənini öldürüb. Ermənistan iqtisadiyyatını korrupsiya və oğurluqda batırıb. Öz qardaşı Saşikin köməyilə bütün görkəmli erməni biznesmənləri qarət edib.
SEYRAN OHANYAN
Erməni ordusuna cavabdeh olduğu dönəmdə onu talan edib. Erməni ordusunun döyüş qabiliyyətini kəskin şəkildə aşağı salıb. Günahsız ermənilərdən talan edilmiş pulların hesabına Ermənistanda Yelisey sarayları tikdirib.
SAMVEL BABAYAN
Qarabağın günahsız ermənilərinə – əli çatan hər kəsə təcavüz edib, öldürüb və qarət edib.
TUŞENKA MANVEL QRİQORYAN
Günahsız ermənilərə qarşı özbaşınalıq üzrə misli görünməmiş usta. Şərhlər artıqdır.
– Erməni siyasətçilərin günahından danışmaq olarmı?
– Sizin sualınızdan sual yaranır -günahsız ermənilərlə belə davranmış adamlar günahsız azərbaycanlılara əl qaldıra bilərmi? Mənfi cavab yalnız bir halda məqbul olacaq – yuxarıda göstərilən şəxslərin türklərə qarşı xüsusilə yaxşı hissləri olduğu sübut olunarsa – o qədər xüsusi ki ermənilərin öldürülməsi normal, azərbaycanlıların öldürülməsi isə ölümcül günah hesab olunsun. Əslində, buna da əmin olmaq asandır, bu gün bütün antitürk və antiazərbaycan təbliğatı məhz onlardan (yaşayanlardan) və onlarla bağlı olan media qurumlarından gəlir. Bu adamlardan daha qızğın türkofoblar təbiətdə mövcud deyil. Bəs onlar günahsız azərbaycanlılara əl qaldırmağa qadirmiydilər? Düşünürəm ki, cavab aydındır.
Başa düşmək lazımdır ki, erməni xalqına mənsubluqdan başqa, bu adamları digər, xüsusi maraqlar birləşdirir, lakin onların qarşılıqlı münasibətlərinin tam açıqlanması üçün bu müsahibə kifayət deyil. Bəlkə sonra mən onların fəaliyyətinin bu tərəfinə də toxunacağam, amma hazırkı anda mühüm şeyi başa düşmək vacibdir – bütün bu adamlar Birinci Qarabağ Müharibəsinin fəal iştirakçıları olublar. Yəni, Xocalı hadisələrinin baş verdiyi saatda həmin adamlar yerlərdə olublar, onların silahları və dəstəyi olub. Strukturun dəstəyi, Qarabağ münaqişəsində rolu haqqında sonradan yazılacaq.
Və beləliklə, hansı nəticəyə gəlirik? Azərbaycanlılar öz araşdırmalarını apararaq Xocalı cinayətlərində konkret adamları – erməni xalqının qatillərini ittiham edirlər və çoxsaylı sübutlar təqdim edirlər. Ancaq Ermənistanda bu mövzuda danışmaq və bu dəlilləri nəzərdən keçirmək qadağandır. Niyə belədir?
Bəlkə ona görə ki, bu qaniçən fərdlər uzun müddət bütün ölkəyə rəhbərlik ediblər və bütün dövlət aparatını öz müdafiələri üçün qurublar? Bəlkə öz canlarını qurtarmaq üçün qəsdən oxları özlərindən xalqa doğru çevirirlər ki, xalq onları öz bədənlərilə qorusun?
Erməni cəmiyyətində Xocalı faciəsi mövzusu üzrə dürüst müzakirəyə start verilməlidir. Və mən ona dəvət edirəm!