"Biz nə vaxt normal, səviyyəli, qərəzsiz, ədalətli yanaşma sərgiləməyi öyrənəcəyik?" - Ənnağı Hacıbəyli

27-04-2023, 11:02           
"Biz nə vaxt normal, səviyyəli, qərəzsiz, ədalətli yanaşma sərgiləməyi öyrənəcəyik?" - Ənnağı Hacıbəyli
"Biz nə vaxt normal, səviyyəli, qərəzsiz, ədalətli yanaşma sərgiləməyi öyrənəcəyik?"
“İsa Qəmbər oğlunun hərəkətini pislədi, amma Müsavatın zombiləri papadan artıq katolik olmaqda israrlıdırlar”.
Bunu hüquqşünas Ənnağı Hacıbəyli deyib.
O, bildirib ki, sözügedən olayın tənqidçiləri də ifrata varır ki, oğlu İsa Qəmbəri bitirdi:
“Müsavatçılar isə ata oğula görə cavabdeh deyil deyirlər. Heç kim İsa bəyin cəzalandırılmasını tələb etmir, söhbət mənəvi məsuliyyətdən gedir ki, valideynlər bundan sığortalana bilməz.
Bir sözlə, bu olayda ikrah doğuran iki tendensiya var: 1) fürsətdən yararlanmaq cəhdləri; 2) zombiçilik.
Ümumiyyətlə, sosial şəbəkələrdə belə ciddi hadisələrə münasibətdə əksər hallarda qərəz, səviyyəsiz rəylər normal, obyektiv yanaşma və polemika mədəniyyətini üstələyir. Biz nə vaxt normal, səviyyəli, qərəzsiz, ədalətli yanaşma sərgiləməyi öyrənəcəyik?” – deyə hüquqşünas sual edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.