Keçmiş məcburi köçkün: “Allah bizə son nəfəsimizə qədər Laçında yaşamağı nəsib eləsin”
30-10-2023, 09:45
“Allah bizə son nəfəsimizə qədər Laçında yaşayıb, orada haqq dünyasına qovuşmağı nəsib eləsin”.
Bu sözləri Oxu.Az-a bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Kəmalə Həsənova deyib.
O bildirib ki, bu gün həyatının ən gözəl gününü yaşayır:
“Bu gün həyatımın ən gözəl gününü yaşayıram. 27 yaşında tərk elədiyim yurduma 58 yaşımda qayıdıram. Erməni vandallar bizim Laçın şəhərində yerləşən evimizi dağıdıblar. Bu gün dövlət tərədindən yenidən qurulan atamın evinə qayıdıram. Allah bizə bir daha ağrılı-acılı günlər yaşatmasın. Bu günləri bizə bəxş etdiklərinə görə dövlət başçısına, Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” Qeyd edək ki, bu gün 20 ailə - 70 nəfər Laçın şəhərinə köç edir. Bu günədək isə 295 ailənin - 1 135 nəfərin Laçın şəhərinə köçü təmin edilib.