Həmid Həmidovdan Solovyova sərt cavab: “Hamımız onun kim olduğunu yaxşı bilirik” - VİDEO

26-03-2024, 08:27           
Həmid Həmidovdan Solovyova sərt cavab: “Hamımız onun kim olduğunu yaxşı bilirik” - VİDEO
Tanınmış jurnalist Həmid Həmidov rusiyalı təbliğatçı Vladimir Solovyovun “Crocus City Hall”dakı hadisələrlə bağlı əsassız ittihamlarını şərh edib.

O, Baku TV-yə açıqlamasında Solovyovun bəyanatlarından təəccüblənmədiyini bildirib.

“Solovyovun bəyanatları tamamilə yalan və anti-Azərbaycan xarakterlidir. Bu, bizi təəccübləndirmir. Çünki hamımız onun kim olduğunu yaxşı bilirik. O, ermənipərəstdir və Azərbaycanla bağlı olan hər şeyə nifrət edir”, - deyə jurnalist bəyan edib.

O qeyd edib ki, bu cür həyasızcasına yalan danışmaq qəbuledilməzdir.

“Bu terror aktı bütün dünyanın diqqət mərkəzindədir. Terrorçuların milli mənsubiyyəti də çoxdan məlumdur. Onların Azərbaycana və azərbaycanlılara heç bir aidiyyəti yoxdur. Hesab edirəm ki, Solovyov öz sözlərinə görə üzr istəməlidir”, - deyə H.Həmidov vurğulayıb.

Xatırladaq ki, Solovyov “Crocus City Hall”dakı terror aktını törədənlərdən birinin azərbaycanlı olmasını iddia edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru