Məsələ soğanda deyil: - “Fermerlər o qədər azot vurublar ki...”

28-03-2024, 00:04           
Məsələ soğanda deyil: -
Bu il Qazaxıstan Azərbaycan və Gürcüstana imzalanamış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək.

Bu barədə bu gün keçirilən brifinqdə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib. O bildirib ki, Ticarət və Nəqliyyat nazirlikləri ilə birgə məhsulun ixracı üçün logistika məsələlərinin həlli üzərində iş gedir:

“Qazaxıstan əvvəlki illərdə 180 min ton soğan ixrac edirdi, bu il isə 117 min ton tədarük edilib. Yəni ixracın həcmi 70 min ton azalıb. Ona görə də qiymətdə azalma müşahidə olunur. Amma buna baxmayaraq işlərimizi davam etdiririk”.

A.Saparovun sözlərinə görə, hazırda bütün dünyada soğanın qiyməti ucuzlaşıb, ixrac isə azalıb:

"Bu ildən başlayaraq nazirlik plan və göstəriciləri rayon icra hakimiyyətlərinə çatdırmağa başlayıb. Ötən illərdə planda nə qədər soğan əkilməsi, hansı həcmdə olması barədə göstəriş yox idi.

Bu ildən Baş nazirin tapşırığı ilə rayonlara göstəriciləri çatdırdıq". Nazir xatırladıb ki, əvvəlki illərdə həqiqətən də soğanın qiyməti yüksək olub, təsərrüfatlar da onun əkilməsi ilə məşğul olmağa başlayıb: "İndi isə bütün dünyada soğanın qiyməti ucuzlaşıb”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, ölkəmizdə tələbatdan daha artıq soğan istehsal edilir:

“Bu il də ölkəmizdə gözlənilən normadan təxminən 10-12 faiz civarında soğan istehsal edilib. Keçən ilin yaz və payız aylarında ölkəmizdən kənara soğan ixrac edilib. Bu il istehsal edilən soğanın keyfiyyəti bir qədər aşağı olub. Lakin fermerlər iddia edirlər ki, məsələ soğanda deyil, anbarların şəraiti aşağı olduğuna görə soğanlar cücərib, çürüyüb və yararsız olub. Ancaq əsas məsələ bundadır ki, fermerlər soğana lazım olan normadan daha artıq azot gübrəsindən istifadə ediblər”.

Ekspertin sözlərinə görə azot gübrəsi bitkilərə verilir:

“Bu gübrədən bir çox bitkilərin yetişdirilməsində istifadə edilir. Lakin normadan artıq istifadə etdikdə insan orqanizmində zəhərlənmə baş verə bilər. Amma o, soğanda zəhərlənməyə səbəb olmur. Sadəcə olaraq, məhsulun saxlanması mümkün olmur. Uzun müddət saxlanıla bilmir. Göründüyü kimi, fermerlərimiz bilərək və ya bilməyərk öz məhsullarının xarab olmasına şərait yaradıblar”.

Ekspert qeyd edib ki, keyfiyyəti aşağı olduğuna görə yerli soğanın ixrac edilməsi real görünmür:

“Azərbaycan nəinki soğan ixrac edə bilməyəcək, əksinə, soğanı idxal etməli olacaq. Hətta daxili bazarlara baxsanız görərsiniz ki, Rusiyadan idxal edilən soğan kifayət qədər çoxdur. Həmin soğanları müəyyən etmək o qədər də çətin deyil. Daha saf və daha keyfiyyətli soğan olur. Yerli, azot gübrəsindən istifadə edilən soğanın içi çürüyür. Eyni zamanda, kənardan görünüşünə baxaraq da bunu müəyyən etmək olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.