Sui-qəsdin arxasında İran kəşfiyyat orqanları var?- “İddiaların əsas səbəbi…”- Millət vəkili ŞƏRH EDİR

30-03-2024, 07:24           
Sui-qəsdin arxasında İran kəşfiyyat orqanları var?-
“Azərbaycanda rəsmi şəxsin yaxınına qarşı hazırlanan sui-qəsdin üstünün həyata keçmədən açılması sevindirici haldır. Sui-qəsdin arxasında İran kəşfiyyat orqanlarının olması iddialarının səslənməsinin əsas səbəbi Tehranın Azərbaycana qarşı bu tip təxribatlarda əvvəllər adının hallanmasıdır. Amma təbii ki, biz iddialara deyil, rəsmi məlumatlara inanmalıyıq”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlayan şəxsin həbs edilməsindən sonra onun İrana bağlı kəşfiyyat orqanları ilə əlaqəsi olması barədə yayılan iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, istintaq yekunlaşmadan hər hansı bir ölkənin adının çəkilməsi doğru deyil:

“Bu ikili münasibətlərə ciddi ziyan vura bilər. Dəqiq fikir söyləmək üçün istintaqın yekun nəticəsini gözləmək lazımdır. Son zamanlar rəsmi Tehranla münasibətlərimizin normallaşması istiqamətində atılan addımlar yüksək qiymətləndirirlir. Bu səbəbdən də rəsmi məlumatları gözləmək faydalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.