“Atamın reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyacı var” - Oqtay Gülalıyevin oğlu

Bu gün, 00:10           
“Atamın reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyacı var” -
“Atam Oqtay Gülalıyevin səhhətində hələ ki kəskin dəyişiklik yoxdur. Hazırda reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyac var”

"DİA-AZ" xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.

O bildirib ki, reabilitasiya və dərmanlarla bağlı müraciət etsələr də, xeyli müddətdir, cavab ala bilməyiblər: “Sonuncu dəfə gecə növbəsi üçün tibb bacısı təşkil olunması ilə bağlı müraciət etmişdik. TƏBİB və Səhiyyə Nazirliyi bunun mümkün olmadığını, tibb müəssisələrində bizim müraciətimizə uyğun şəraitin də olmadığını bildirdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.