“MƏHƏRRƏM ƏLİYEV HEÇ VAXT YALTAQ OLMAYIB…” – İşdən çıxarılan generalın qardaşı

5-06-2017, 08:55           
“MƏHƏRRƏM ƏLİYEV HEÇ VAXT YALTAQ OLMAYIB…” – İşdən çıxarılan generalın qardaşı
“Mən, hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb”.

Bunu deputat Adil Əliyev bir neçə gün əvvəl Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi ilə bağlı vəzifəsini itirmiş qardaşı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə bağlı açıqlamasında deyib.

Deputat bildirib ki, Məhərrəm Əliyev vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdı:

“Məhərrəm Əliyev vaxtında Ulu Öndər Heydər Əliyevin silahdaşı olub, bu gün də cənab prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən və ya vəzifədə olub-olmamasından asılı olmayaraq, o, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır”.

Adil Əliyevin sözlərinə görə, heç bir qüvvə heç vaxt onu əqidəsindən döndərə bilməz:

“Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah böyüklərimizi qorusun!”.

(Strateq.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru