Anar Hüseynov daha yüksək vəzifəyə aparıldı - Onun yerinə isə APA-nın kadrı gətirildi

7-01-2019, 12:21           
Anar Hüseynov daha yüksək vəzifəyə aparıldı - Onun yerinə isə APA-nın kadrı gətirildi
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb/

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumatı təsdiqləyiblər.


Anar Hüseynov daha əvvəllər "Asan Xidmət" mərkəzinin mətbuat katibi vəzifəsində çalışıb.

***

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

Modern.az-a daxil olan məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

V.Hüseynov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru