Makron: Aİ-dən sazişsiz çıxmaq təqdirində ilk itirən britaniyalılar olacaq

16-01-2019, 07:02           
Makron: Aİ-dən sazişsiz çıxmaq təqdirində ilk itirən britaniyalılar olacaq
Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz (no deal) çıxacağı təqdirdə ilk uduzan Krallıq sakinləri olacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində səsvermənin nəticələrini şərh edərkən deyib.

Fransa prezidenti səsvermənin nəticələrindən "sarı jiletlilər"in çıxışları nəticəsində ölkədə yaranan sosial böhranın tənzimlənməsi məqsədi ilə Normandiya merləri ilə keçirdiyi görüş zamanı xəbər tutub:

"Beləliklə, səsvermənin nəticəsi mənfidir, bunu real vaxt rejimində bildim. Sizə hadisələri necə gördüyümü deyim. Birinci variant - no deal, saziş olmayacaq. Bu hamını qorxudur, lakin ilk uduzan britaniyalılar olacaq", - deyə Makron bildirib.

Prezidentin fikrincə, ikinci ehtimala görə, britaniyalılar avropalılardan ala biləcəklərini yaxşılaşdırmağa qərar verəcəklər və yenidən səsverməyə qayıdacaqlar.

Makron qeyd edib ki, britaniyalılar buna ikinci variantdan başlayacaqlar və hansısa aspektlərin təkrar müzakirəsi üçün vaxtı artırmaqdan ibarət olan üçüncü variantda başa çatdıracaqlar.

"Ola bilsin ki, bu, nə qədərsə vaxt aparsın və nəsə tapmaq üçün hətta Avropa seçkiləri dövrünü də əhatə etsin", - deyə Fransa prezidenti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru