"Huawei" kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir

17-01-2019, 07:52           
"Huawei" kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir
ABŞ-ın federal orqanları Çinin "Huawei" şirkətinə qarşı araşdırma aparır, onu amerikalı tərəfdaşlarından kommersiya məlumatları oğurlamaqda şübhəli bilirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal" qəzeti yazıb.

Mənbələrin məlumatına görə, şirkətə qarşı cinayət törətmək ittihamı irəli sürülə bilər.

ABŞ hökuməti güman edir ki, "Huawei"in kommersiya xarakterli məlumatların oğurlanmasında əli ola bilər. Məlumatlar guya Amerikanın "T-Mobile" şirkətinin smartfonların yoxlanılması üçün istifadə etdiyi avadanlıqlarla bağlıdır/

Daha əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru