Kim Çen In ABŞ prezidentinə məktub yazıb

17-01-2019, 07:54           
Kim Çen In ABŞ prezidentinə məktub yazıb
Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol KXDR lideri Kim Çen Inın məktubunu Amerika prezidenti Donald Tarmpa çatdıracaq.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən CNN-nin müxbiri Uill Ripli məlumat yayıb.

"ABŞ və Şimali Koreya arasında gedən nüvəsizləşdirmə üzrə danışıqlarla tanış olan mənbə mənə bildirib ki, Pxenyanın əsas elçisi və kəşfiyyatın keçmiş rəhbəri Kim Yon Çxol cümə axşamı Vaşinqtona gələndə prezident Donald Trampa Şimali Koreya lideri Kim Çen Inın məktubunu gətirəcək", - deyə jurnalist "Twitter"də yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru