XİN Milli Məclisi təkzib etdi

23-04-2019, 16:40           
XİN Milli Məclisi təkzib etdi
Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı məsələsi barədə yayılan məlumata aydınlıq gətirilib.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb:

"Çünki ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələlik davam etdirilir”.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Sədri Oqtay Əsədov çıxışı zamanı bildirib ki, Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqın xeyrinə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru