SSRİ-də məşhur fransız filmi belə dublyaj edilib –Luİ de Fünesi səsləndirən əfsanəvi səs /VİDEO

Bu gün, 17:54           
SSRİ-də məşhur fransız filmi belə dublyaj edilib –Luİ de Fünesi səsləndirən əfsanəvi səs /VİDEO
Sovet İttifaqında xarici filmlərin dublyaj prosesi nəciddi nəzarət edilirdi.

Məşhur aktyorların səsləndirilməsi üçün uyğun səslər seçilir, aktyorlar dəvət olunurdu.

Məsələn, tanınmış fransız aktyoru Lui de Fünes sovet tamaşaçılarına oynadığı rolları ilə yanaşı həmçinin keyfiyyətli dublyajla yadda qlıb.

AzPost bu mövzu ilə bağlı 1971-ci ildə dublyaj redaksiyasında iş prosesi ilə bağlı çəkilmiş kino kadrları təqdim edir.

Bu kadrlar 1971-ci ildə məşhur fransız komediya filmi olan “Böyük gəzinti” filminin nümayişi ilə əlaqədar hazırlanıb. Sovet televiziyasının “Kinopanorama” proqramı üçün hazırlanan bu çəkilişidə Lui de Fünesi səsləndirmiş aktyor Vladimir Keniqsonu və digərlərini görmək olur. Sovet tamaşaçıları məhz Keniqsonun səsi ilə məşhur fransız komikinin çəkildiyi filmləri seyr ediblər.

Dublyaj aktyorlarının iştirakı ilə çəkilişlər aparılsa da veriliş heç vaxt efirə getməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru