Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni musiqisi altında yandırıldı... - FOTO

24-04-2019, 10:26           
Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni musiqisi altında yandırıldı... - FOTO
Ötən gecə 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə kütləvi aksiya keçiriblər.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “ənənəvi məşəl yürüşü” adlanan tədbiri “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Dünya birliyindən, həmçinin, Türkiyə dövlətindən qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını tələb edən separatçı, işğalçı, terrorçu əqidəli aksiya iştirakçıları Xankəndinin mərkəzi meydanında erməni milli(?) musiqisinin sədaları altında Türkiyə və Azərbaycan bayraqlarına od vurublar...

P.S. Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlərin hamısı ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın çaldığı hava altında dərddən yanıb kül olsunlar, sonra baxarıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru